Ukrayna SQ: "Rusiya son sutkada Ukraynaya 59 raket və 62 hava zərbəsi endirib"


  • 22 Sentyabr 2023 12:31

"Rusiya qoşunları Ukraynanın enerji, sənaye və digər mülki infrastruktur obyektlərinə kütləvi raket hücumu həyata keçirib. Rusiya Federasiyası Ukraynaya 44 ədəd qanadlı raket və 6 ədəd S-300 zenit raketi ilə hücum edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, hava hücumundan müdafiə qüvvələri 38 qanadlı raketi məhv edib.

"Rusiyanın terror aktları nəticəsində, təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var. Yaşayış binaları, təhsil və tibb müəssisələri, yataqxanalar və digər mülki infrastruktur dağıdılıb və zədələnib. Düşmən 59 raket və 62 hava zərbəsi endirib. Həm qoşunlarımızın mövqelərinə, həm də mülki hədəflərə çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə 55 raket hücumu həyata keçirib”, - deyə Baş Qərargah əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər