CAR-da fırtına zamanı sualtı qayığın heyətindəki 3 nəfər həlak olub


  • 22 Sentyabr 2023 12:54

Cənubi Afrika Respublikasında şiddətli fırtına zamanı nəhəng dalğaların sualtı qayığı vurması nəticəsində 3 şəxsi heyət suya düşərək boğulub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, Keyptaunun Kommetjie sahillərində "SAS Manthatisi" sualtı qayığını vuran şiddətli nəhəng dalğanın dənizə atdığı 7 personaldan 3-ü həyatını itirib. Xilas edilən 4 nəfər isə xəstəxanaya aparılıb.

Məlumata görə, ölənlər arasında Afrikada sualtı qayıq idarə edən ilk qadın zabit 33 yaşlı leytenant Gillian Hektor da olub.

CAR Prezidenti Siril Ramafosa hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər