İzmirdə keçirilən antitteror əməliyyatında 10 nəfər saxlanılıb


  • 22 Sentyabr 2023 13:19

Türkiyənin İzmir şəhərində PKK/KCK/YPG terror təşkilatı ilə əlaqədə şübhəli bilinən və barəsində həbs qərarı çıxarılmış 20 nəfərə qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının müxtəlif ünvanlarda həyata keçirdiyi əməliyyatlar zamanı onlardan 10-u saxlanılıb.

Araşdırmalar zamanı digər 10 şübhəli şəxsin xaricdə olduğu məlum olub.

Həmin şəxslər terror təşkilatına üzv olmaqda və sosial şəbəkələrdə təşkilatın təbliğatını aparmaqda ittiham olunurlar.

Saxlanılan şəxslərlə bağlı jandarmada müvafiq tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər