Nigeriyada silahlı hücumda 10 nəfər ölüb


  • 25 Sentyabr 2023 09:35

Nigeriyanın şimal-şərqindəki Borno əyalətinin Mafa bölgəsində kənd təsərrüfatı işçilərinə silahlı hücum olub.

E-huquq.az “Punch” qəzetinə istinadən xəbər verir ki, “Boko Haram” terror təşkilatı tərəfindən təşkil edilən hücum zamanı 10 nəfər həyatını itirib, 9 nəfər isə qaçırılıb.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan “Boko Haram”ın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi hücumlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər