- 10 Dekabr 22:50
"Düşmən ehtiyatları yığaraq Melitopol istiqamətində əks-hücuma keçib".
E-huquq.az UNİAN-a istinaən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Pavel Kovalçuk bildirib.
"Melitopol istiqamətində Ukrayna hərbçiləri bir neçə yaşayış məntəqəsində Rusiyanın əks-hücumlarını dəf ediblər. Xüsusilə, Zaporojye vilayətindəki Verbovoy, Malaya Tokmaçka, Rabotino və Novodanilovkada", - o deyib.
Kovalçuk qeyd edib ki, Rusiya qoşunları ciddi itkilər verirlər.
Şəbnəm Mehdizadə