- 8 May 20:08
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun daha 420 hərbçisini məhv edib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Bununla da Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 276 270 nəfərə çatıb.
Həmçinin Rusiya müharibədə indiyədək 4 4667 tank, 8 927 zirehli döyüş maşını, 4 895 operativ-taktiki PUA, 6 260 artilleriya sistemi, 533 hava hücumundan müdafiə sistemi, 791 reaktiv yaylım atəşi sistemi, 315 təyyarə, 316 helikopter, 1 518 qanadlı raket, 20 gəmi/qayıq, 8 746 avtomobil və tanker, 918 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə