Türkiyədə sərnişin avtobusu avtomobilə çırpılıb: 2 nəfər ölüb, 20 nəfər yaralanıb


  • 25 Sentyabr 2023 12:00

Türkiyənin Kayseri şəhərində sərnişin avtobusunun avtomobilə çırpılması nəticəsində 2 nəfər ölüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza zamanı zərbənin təsirindən yoldan çıxan minik avtomobilinin sürücüsü və sərnişin həlak olub, sərnişin avtobusundakı 20 nəfər isə xəsarət alıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım, polis və jandarma qrupları cəlb olunub.

Yaralılar yaxınlıqıdakı xəstəxanalara aparılıb. Həlak olan şəxslərin meyitləri ekspertizaya göndərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər