İstanbulda binanın lifti qırıldı, 7 nəfər yaralandı


  • 25 Sentyabr 2023 15:28

Türkiyənin İstanbul şəhərində biznes mərkəzində bədbəxt hadisə baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, 6 mərtəbəli biznes mərkəzində liftin qırılaraq yerə düşməsi nəticəsində 7 nəfər nəfər xəsarət alıb.

Hadisə yerinə xilasetmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Xilas edilən şəxslər ilkin tibbi yardımdan sonra xəstəxanalara aparılıb.

Hadisənin baş verməsinə səbəb liftin sürətini aşağı salan sistemin qəfildən işə düşməsi olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər