Ankarada FETÖ-yə qarşı əməliyyatda 23 nəfər saxlanılıb


  • 25 Sentyabr 2023 16:46

Türkiyənin paytaxtı Ankara şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, Ankara Prokurorluğunun apardığı istintaqda çərçivəsində terror təşkilatı üzvlərinin dövlət orqanlarında yerləşdirilməsində rolu olan 25 nəfər şübhəli şəxs müəyyən edilib.

Ankara Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin 16 vilayətdə həyata keçirdiyi əməliyyatlarda onlardam 23-ü yaxalanıb.

Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər