Ermənistanda Baş naziri Nikol Paşinyanın istefasını tələb edərək İrəvanın mərkəzi prospektlərindən birini bağlamağa cəhd göstərən müxalifət fəalları saxlanılıb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, əvvəlcə asayiş keşikçiləri etirazçılara prospekti açmaq üçün vaxt veriblər, bundan sonra onları saxlamağa başlayıblar.
Təxminən 10 nəfər polisə aparılıb.
