Məzmuna keç

İstanbulda çay evinə silahlı basqın olub, yaralılar var

Türkiyənin İstanbul şəhərində çay evinə silahlı hücum olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Beykoz ərazisində bir qrup şəxs borc məsələsinə görə çay evinə hücum edib.

Odlu və soyuq silahlardan istifadə nəticəsində 4 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım əməkdaşları göndərilib. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Odlu silahdan atəş açılması nəticəsində, həmçinin elektrik naqillərinə və ətrafdakı avtomobillərə də ziyan vurub.

Faktla bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə