Məzmuna keç

Türkiyədə 86 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Balıkesir şəhərində qanunsuz yolllarla Yunanıstana getməyə çalışan 86 miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, Ayvalık sahillərində Sahil Mühafizəsi tərəfindən rezin qayıqda bir qrup şəxsin hərəkət etməsi müəyyən edilib.

Qayıqdakılar Yunanıstanın Midilli adasına keçmək istəyərkən saxlanılıb.

Həmin miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə