Məzmuna keç

Somalidə “Əş-Şəbab”ın 70 üzvü məhv edilib

Somalidə keçirilən hərbi əməliyyatda "Əş-Şəbab" terror təşkilatının 70 üzvü zərərsizləşdirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Somali Milli Ordusu həftə sonu Muduq bölgəsindəki Aad qəsəbəsində yerli milislərin dəstəyi ilə hərbi əməliyyat keçirib.

Əməliyyatda ən azı 70 “Əş-Şəbab” üzvü öldürülüb.

Somali informasiya nazirinin müavini Əbdirəhman Yusuf Əl Adala mətbuata verdiyi açıqlamada terrorçuların yerləşdirildiyi düşərgələrdə əməliyyat keçirildiyini və çoxlu sayda təşkilat liderinin öldürüldüyünü təsdiqləyib.

Şəbnəm Mehdizadə