Türkiyədə vəkil hücuma məruz qalıb


  • 26 Sentyabr 17:11

Türkiyədə Nevşehir Vəkillər Kollegiyasının keçmiş sədri, vəkil Mustafa Necmi Öncül döyülüb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, o, vəkil kimi iştirak etdiyi məhkəmə işində qarşı tərəfin hücumuna məruz qalıb.

Belə ki, Öncüllə danışmaq üçün gələn şəxslər bir qədər söhbət etdikdən sonra vəkilə hücum edərək onu vurmağa başlayıblar. Ətrafdakı insanların müdaxiləsi ilə vəkil xilas edilib.

Daha sonra həmin şəxslər hadisə yerindən qaçıb. Hücum anı təhlükəsizlik kamerasına düşüb.

Hadisə ilə bağlı istintaq başladılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər