MİT İraqda PKK/KCK terrorçusunu zərərsizləşdirib


  • 27 Sentyabr 2023 13:52

Milli Kəşfiyyat İdarəsinin (MİT) Türkiyədə sensasion təxribat törətmək üçün təlimatlandırılan PKK/KCK terrorçusu Mazlum Öztürkü zərərsizləşdirib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində Mazlum Öztürkün 2022-ci ilin avqustunda Türkiyədən Avropaya getdiyi məlum olub.

Onun 2023-cü ilin yanvar ayında Fransadan təşkilatın heyətinə qatılaraq silahlı fəaliyyətə başladığı və təhlükəsizlik qüvvələrinə qarşı hərəkətə keçmək üçün sui-qəsd təlimi aldığı da bildirilib.

İraqın Süleymaniyyə çölündə tapılan terrorçu MİT-in nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər