Türkiyədə 52 qanunsuz miqrant xilas edilib


  • 27 Sentyabr 14:35

Türkiyənin Balıkesir şəhərində Yunanıstan tərəfindən qəbul edilməyən və Ayvalık sahillərində köməksiz vəziyyətdə qalan 52 miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sahil mühafizəçiləri daha bir qayıqda isə 18 qanunsuz miqrantı saxlayıb.

Miqrantlar müvafiq əməliyyatlardan sonra Balıkesir Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər