Suriyadan Türkiyəyə keçməyə cəhd edən terrorçu saxlanılıb


  • 27 Sentyabr 2023 17:20

Suriyadan Türkiyə ərazisinə keçməyə cəhd edən PKK/PYD terror təşkilatının üzvü saxlanılıb.

E-huquq.az xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatı əldə olunduqdan sonra sərhəd xəttində ehtiyat tədbirləri gücləndirilib.

Komandalar terrorçunu Şanlıurfanın Suruç rayonunda yaxalayıb.

Həmin şəxs barəsində məhkəmə icraatı başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər