Məzmuna keç

İçərisində xəstə olan təcili tibbi yardım avtomobili qəzaya düşdü, 3 nəfər yaralandı

Türkiyənin İstanbul şəhərində təcili tibbi yardım maşınının minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində zərbənin təsirindən aşan təcili yardım maşınında olan xəstə və 2 tibb işçisi xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırılıb.

Yaralılar xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə