- 11 Sentyabr 23:40
İraqda şadlıq sarayında baş verən yanğında xeyli sayda insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazir Məhəmməd Şia əl-Sudani məlumat verib.
Mosul qubernatorluğu da faciənin baş verdiyi əyalətdə 1 həftəlik matəm elan edildiyini açıqlayıb.
İraq Daxili İşlər Nazirliyinin rəsmisi Saad Maan yanğında 93 nəfərin öldüyünü, 100 nəfərin isə yaralandığını açıqlayıb.
Mosul valiliyi isə ölənlərin sayının 114 olduğunu açıqlamışdı.
Şəbnəm Mehdizadə