- 17:35
Cənubi Afrika Respublikasında ötən həftədən bəri davam edən güclü külək və yağışlar nəticəsində ölənlərin sayı 12 nəfər çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yazın əvvəlində müşahidə olunan şiddətli fırtına xüsusilə ölkənin cənub-qərb sahillərində ciddi itkilərə səbəb olur. Təkcə ötən həftə 93 yaşlı qadın dalğalara qapılaraq ölüb, nəhəng dalğaların vurduğu sualtı qayıqdan dənizə düşən 7 hərbçidən isə 3-ü həyatını itirib.
Keyptaun şəhərində yerləşən gecəqondularda sel nəticəsində elektrik dirəklərinin aşması 4-ü uşaq olmaqla 8 nəfərin ölümünə səbəb olub.
Şəhər ətrafında 250 məktəbə zərər dəyib, 60 məktəbdə tədris prosesi dayandırılıb. Şəhərin ətrafındakı bəzi magistral yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Güclü yağışların səbəb olduğu sel, ilkin hesablamalara görə, təxminən 73 milyon dollar zərər vurub.
Şəbnəm Mehdizadə