İstanbulda FETÖ əməliyyatı: 7 nəfər saxlanılıb


  • 28 Sentyabr 2023 12:40

Türkiyənin İstanbul şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi və İstanbul Şəhər Prokurorluğunun birgə keçirdiyi istintaq çərçivəsində bir qrup şəxsin təşkilata üzv olmasına və terroru maliyyələşdirməsinə dair əsaslı şübhələr müəyyən edilib. Mərkəzi İstanbul olan 3 vilayətdə həyata keçirilən əməliyyat zamanı 7 şübhəli saxlanılıb.

Aparılan araşdırmalarda onların təşkilat üzvlərinə pul köçürdüyü və ünsiyyətddə olduqları müəyyən edilib.

Saxlanılan şəxslər polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər