- 17:35
Türkiyənin İstanbul şəhərində yaşayış binasının 5-ci mərkəbəsindəki mənzildə partlayış olub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 4 nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.
İstanbul Valiliyi ilkin ehtimala görə, partlayışın qaz sızması nəticəsində baş verdiyini açıqlayıb.
Bahçelievler bələdiyyəsinin başçısı Hakan Bahadır partlayışdan sonra baş verən yanğının söndürüldüyünü bildirib. O, yaxınlıqdakı mənzillərin boşaldıldığını deyib.
Şəbnəm Mehdizadə