Cari ildə İsveçdə cinayətkar qruplaşmalar arasında baş verən silahlı insidentlər nəticəsində 44 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə SVT kanalı məlumat yayıb. Təkcə son 15 gündə 13 nəfərin həyatını itirdiyi qeyd olunub.
İsveçin baş naziri Ulf Kristersson xalqa müraciətində hökumət, polis və ordunun cinayətkar qruplaşmalara qarşı birgə mübarizə aparacağını bildirib.
İsveç polisinin açıqladığı statistikaya görə, bu il 283 silahlı insident olub ki, nəticədə 44 nəfər ölüb, 87 nəfər yaralanıb.
İsveç Milli Cinayətkarlığın Qarşısının Alınması Şurasının (BRA) dərc etdiyi hesabatda da ölkədə son illərdə silahlı hücumların sayının Avropa ölkələri ilə müqayisədə çox yüksək olduğu qeyd olunub.
Şəbnəm Mehdizadə
