Türkiyənin Hatay vilayətində meşə yanğını başlayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Amanos dağlarının Ceylandere ərazisində baş verən yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Hadisə yerinə 3 helikopter, 5 su tankeri, ilk müdaxilə maşını, 2 su çəni və çoxlu sayda canlı qüvvə göndərilib.
Yanğının nəzarət altına alınması üçün təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
