Türkiyənin Samsun şəhərində güclü yağış səbəbindən tədris prosesi 1 gün müddətinə dayandırılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Samsun Valiliyi məlumat yayıb.
Şəhər mərkəzi və rayonlarda davam edən leysan yağışları səbəbindən sel, şimşək çaxması, torpaq sürüşməsi və nəqliyyatın hərəkətində çətinliyin ola biləcəyi qeyd olunub
Bu səbəbdən oktyabrın 2-də bütün məktəblərdə tədris prosesinin bir gün müddətinə dayandırılması qərara alınıb.
Şəbnəm Mehdizadə
