Məzmuna keç

Türkiyənin fabrikində yanğın olub

Türkiyənin Uşak şəhərində tekstil fabrikində yanğın baş verib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, yanğının baş verdiyi əraziyə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqaları cəlb olunub.

Yanğının söndürülməsi işinə Regional Meşə İdarəsinin yanğınsöndürən maşınları ilə də dəstək verilib. Təxminən 4 saat davam edən təcili və təxirəsalınmaz tədbirlərdən sonra yanğın nəzarət altına alınıb.

Ərazidə soyutma işləri aparılır.

Yanğının səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə