Türkiyənin İzmir şəhəri sahillərində Yunanıstan tərəfindən qəbul edilməyən və rezin qayıqlarda köməksiz vəziyyətdə qalan 310 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına Karaburun və Dikili rayonları sahillərində rezin qayıqlar və xilasedici sallar içərisində bir qrup qanunsuz miqrantın olduğu barədə məlumat daxil olub.
Əraziyə göndərilən qruplar 6 xilasedici sal və 4 rezin qayıqda olan 275 qanunsuz miqrantı xilas edilib.
Bundan başqa, Çeşmə rayonundakı Karaada adasında da 35 qeyri-qanuni miqrant xilas edilərək sahilə çıxarılıb.
Müvafiq prosedurlardan sonra həmin şəıxslər İzmir Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
