Məzmuna keç

Türkiyədə 53 qanunsuz miqrant xilas edilib

Türkiyənin Aydın şəhəri sahillərində 53 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kuşadası və Didim rayonları sahillərində Yunanıstan tərəfindən geri qaytarıldığı müəyyən edilən rezin qayıqlarda olan 53 miqrant xilas edilib.

Bundan başqa, Kuşadası rayonu sahillərində üzərək Yunanıstana keçməyə çalışan 3 nəfər kömək çağırıb.

Bölgəyə ezam olunan Sahil Mühafizəsinin əməkdaşları həmin şəxsləri xilas edərək sahilə çıxarıb.

Xilas edilən miqrantlar aidiyyəti üzrə təhvil verilib.

Şəbnəm Mehdizadə