Məzmuna keç

İndoneziyanın Sumatra adasındakı yanğınlar fəsadlar törədib

İndoneziyanın Sumatra adasında 300-dən çox yerdə baş verən yanğın hava çirkliliyinə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yaranan hava çirkliliyi ilə bağlı vətəndaşlara evdən işləməsinə dair xəbərdarlıq edilib. Həmçinin həmin bölgədə məktəblərin distant təhsilə keçirilməsinə qərar verilib.

Cənubi Sumatra Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəsmiləri isti və quraq hava şəraiti səbəbindən bölgədə 316 yanğının söndürülməsinin çətinləşdiyini açıqlayıb.

Rəsmilər hava çirkliliyinin tənəffüs yolu infeksiyaları, öskürək, nəfəs darlığı və göz qıcıqlanması kimi xəstəliklərə səbəb ola biləcəyini qeyd edib.

İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi tərəfindən paylaşılan peyk görüntüləri tüstünün Sumatra və Borneo adalarının müxtəlif hissələrini əhatə etdiyini göstərir.

Yanğınların yaratdığı əlverişsiz hava şəraitinin təxminən 1,7 milyon insana təsir etdiyi bildirilir.

Şəbnəm Mehdizadə