2022-ci ildə Yunanıstanda yeni doğulan körpələrin sayı 10,3% azalıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstan Statistika Təşkilatının (ELSTAT) hesabatında qeyd olunub.
2021-ci ildə 85 min 346 doğum qeydə alındığı halda, ötən il bu rəqəm 76 min 541-ə düşüb.
Ölkədə 2022-ci ildə ölənlərin sayı 140 min 801, 2021-ci ildə isə 143 min 923 olub.
2022-ci ildə bir yaşı tamam olmadan ölən körpələrin sayı 239 olub.
Ölkədə 2022-ci ildə 43 min 355 nikah qeydə alıbıb. Evlilik əvəzinə rəsmi “birgə yaşayış müqaviləsi” bağlamağa üstünlük verənlərin sayı 13 min 157 nəfər olub.
2021-ci illə müqayisədə 2022-ci ildə evlənən cütlüklərin sayı 6,4 faiz, “birgə yaşayış müqaviləsi” ilə münasibətlərini rəsmiləşdirən cütlüklərin sayı isə 13,9 faiz artıb.
Şəbnəm Mehdizadə
