Məzmuna keç

Nigeriyada onlarla terrorçu zərərsizləşdirildi

Nigeriya ordusu “Boko Haram” terror təşkilatına qarşı hava əməliyyatı keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet açıqlama verib. O bildirib ki, ölkənin şimal-şərqində yerləşən Borno əyalətində keçirilən əməliyyat zamanı onlarla terrorçu zərərsizləşdirilib.

Qabkvet əməliyyat zamanı təşkilat üzvlərinin yerləşdiyi düşərgələrin məhv edildiyini bildirib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan “Boko Haram”ın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

Şəbnəm Mehdizadə