Ermənistan parlamenti Roma Statutunu qeyd-şərtsiz ratifikasiya edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qanunverici orqanın 60 deputatı layihənin lehinə, 22-si əleyhinə səs verib.
Layihənin təsdiqlənməsi üçün 54 səsə ehtiyac var idi.
Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda BCM-nin çıxardığı qərarlar ölkə tərəfindən də icra olunmalı olacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.
