Türkiyənin Kayseri şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Develi rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşan avtomobil iki hissəyə bölünüb.
Qəza samanı sürücü həyatını itirib, 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
