Məzmuna keç

Ad günü mərasimində 12 məktəbli tortdan zəhərlənib

Türkiyənin Amasya şəhərində 12-si məktəbli olmaqla, 14 nəfər ad günü mərasimində qidadan zəhərlənib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sinif yoldaşlarının doğum gününü qeyd etmək üçün kafelərin birində tort yeyən məktəblilər qida zəhərlənməsi diaqnozu xəstəxanaya müraciət edib.

Hazırda vəziyyəti qənaətbəxş olan həmin şəxslərin müalicəsi xəstəxanada davam etdirilir.

Şəbnəm Mehdizadə