Məzmuna keç

Fəhlələri daşıyan mikroavtobus su kanalına düşdü, 10 nəfər yaralandı

Türkiyənin Mersin şəhərində fəhlələri daşıyan mikroavtobus su kanalına düşüb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, meyvə bağlarında işləyən suriyalı fəhlələri daşıyan mikroavtobusun idarəetmədən çıxaraq kanala aşması nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə yerinə jandarma, xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib.

Avtobusda köməksiz vəziyyətdə qalan fəhlələr təxliyə olunub. Onlardan 3-nün vəziyyəti ağır olduğu üçün təcili yardımla Tarsus Dövlət Xəstəxanasına aparılıb.

Qəzada yüngül yaralanan 7 işçiyə hadisə yerində tibbi yardım göstərilib.

Şəbnəm Mehdizadə