Filippində 6,4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri ölkənin cənubundakı Saranqani şəhəri sahillərində təxminən 120 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə
