Yunanıstanda Qərbi Nil virusundan ölənlərin sayı 19 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı (EODY) məlumat yayıb.
Məlumata görə, son 1 həftə ərzində virusa 9 yeni yoluxma faktı aşkalanıb.
Yoluxanların böyük əksəriyyəti Fessaliya, Orta Makedoniya, Şərqi Makedoniya, Trakya, Qərbi Makedoniya və Epirus bölgələrində yaşayır.
Mütəxəssislər yaxın aylarda yoluxmaların sayının artacağını istisna etmir.
Şəbnəm Mehdizadə
