Məzmuna keç

Türkiyədə ağır qəza: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərində avtomobilin dərəyə aşması nəticəsində 2 nəfər həlak olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza zamanı daha 3 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə