Türkiyənin Ədirnə şəhərində ötən ay ərzində 628 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis əməkdaşları ictimai yerlərə, tərk edilmiş binalara, meydanlara və əhalinin sıx olduğu yerlərə baxış keçirib.
Komandalar keçən ay aparılan yoxlamalar zamanı 628 qeyri-qanuni miqrantı yaxalayıb. Xarici vətəndaşlar Miqrasiya İdarəsinə təhvil verilib.
Bildirilib ki, qanunsuz miqrasiyanın qarşısını almaq üçün aparılan yoxlamalar davam edir.
Şəbnəm Mehdizadə
