Məzmuna keç

Məktəbliləri daşıyan iki mikroavtobus toqquşdu, 14 nəfər yaralandı

Türkiyənin Aydın şəhərində məktəbliləri daşıyan iki mikroavtobus toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər xəsarət alıb.

Yaralılar Söke Fehime Faik Kocagöz Dövlət Xəsətəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə