Məzmuna keç

Rusiyada yanğın baş verdi –

Rusiya Federasiyasının Nijni Novqorod vilayətində baş verən yanğın zamanı 5 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 3:25-də Arzamas şəhər dairəsinin Sliznevo qəsəbəsində 60 kv.m. ərazidə baş verib.

"Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həlak olub", – məlumatda bildirilir.

Yanğının səbəbi hələ dəqiqləşdirilməyib.