Məzmuna keç

Netanyahu HƏMAS-ı məhv etməyə söz verdi

İsrail Müdafiə Qüvvələri ölkəyə hücum edən HƏMAS hərəkatını məhv etmək üçün bütün imkanlarından istifadə edəcək.

E-huquq.az-ın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciətində bildirib.

“Bütün hökumət qərarımı dəstəkləyir. İsrail Müdafiə Qüvvələri dərhal HƏMAS-ı məhv etmək üçün bütün gücünü sərf edəcək” deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, “HƏMAS” təşkilatına qarşı hərbi əməliyyatı uzun və mürəkkəb olacaq:

“Mən indi bütün İsrail vətəndaşlarına müraciət edirəm: biz bu müharibədə birlikdəyik, bu müharibə vaxt aparacaq, çətin olacaq. Bizi çətin günlər gözləyir, amma mən bir şeyə söz vermək istəyirəm: Allahın köməyi ilə, ümumi səylərimizlə, İsrailə olan inancımız sayəsində biz qalib gələcəyik”.