Məzmuna keç

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötdü, 9 mindən çox yaralı var –

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb.

E-huquq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi bildirib.

Agentlik qeyd edib ki, təbiət hadisəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb. Bundan başqa, 1 329 ev dağılıb.

Eyni zamanda, “Taliban” hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndəsi Abdulla Vahid Rayanın “Associated Press”ə dediyinə görə, yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb.

***

09.56

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb.

E-huquq.az "Associated Press”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin nümayəndəsi bildirib.

***

09.23

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

E-huquq.az xəbər verir ki, bu barədə AFP “Taliban” hökumətinin nümayəndəsinə istinadən bildirib.

***

Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib.

Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.