Türkiyənin Muğla şəhərində 22 qanunsuz miqrant xilas edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Muğlanın Datça sahillərində Yunanıstan tərəfindən geri qaytarıldığı müəyyən edilən və rezin qayıqlarda olan 22 miqrant xilas edilib.
Bölgəyə cəlb olunan sahil mühafizəsinin əməkdaşları miqrantları xilas edərək sahilə çıxarıb.
Miqrantlar müvafiq prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
