Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında hava əməliyyatı keçirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Suriyanın şimalında həyata keçirilən hava əməliyyatı ilə terrorçuların istifadə etdiyi yanacaqdoldurma məntəqəsi, bunkerlər və sığınacaqlar da daxil olmaqla 6 hədəf məhv edilib.
"Türkiyə Silahlı Qüvvələri keçmişdə olduğu kimi, bu gün də ölkəmizin və millətimizin təhlükəsizliyi üçün terrorla mübarizəyə qətiyyətlə davam edəcək. Bu əməliyyat zamanı günahsız mülki insanların, tarixi və mədəni abidələrin, eləcə də ətraf-mühitin zərər görməməsi üçün hər cür tədbirlər görülüb", – deyə nazirliyin məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə
