Son 1 həftə ərzində İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlar çərçivəsində 150-dən çox terrorçu zərərsizləşdirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.
"Uğurla həyata keçirilən genişmiqyaslı hava əməliyyatları nəticəsində terrorçuların bir çox hədəfləri, gəlir mənbələri və təşkilatın istifadə etdiyi obyektlər tam dəqiqliklə məhv edilib, 150-dən çox terrorçu zərərsizləşdirilib", – nazir bildirib.
Şəbnəm Mehdizadə
