Məzmuna keç

İzmir sahillərində qanunsuz miqrantlar saxlanılıb

Türkiyənin İzmir şəhərində qanunsuz yollarla xaricə getməyə çalışan 197 miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmir sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrant Sahil Mühafizəsinin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanıb.

Bölgəyə cəlb edilən qruplar 49 qanunsuz miqrantı yaxalayıb. Həmçinin 3 miqrant qaçaqmalçısı saxlanılıb.

Sahil Mühafizəsinin əməkdaşları, həmçinin Çeşme və Foça rayonları sahillərində ümumilikdə 148 qanunsuz miqrantı yaxalayıb.

Şəbnəm Mehdizadə