Məzmuna keç

Türkiyədə fəhlələri daşıyan maşın aşıb, 7 nəfər yaralanıb

Türkiyənin Ərzurum şəhərində işçiləri daşıyan yük maşını aşıb.

E-huquq.az xəbər verir ki, hadisə nəticəsində 1-i ağır olmaqla 7 nəfər yaralanıb.

Məlumata görə, hadisənin baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub.

Bölgəyə dərhal təcili tibbi yardım, jandarma, polis və xilasetmə qrupları cəlb edilib.

Nəqliyyat vasitəsində sıxışmış vəziyyətdə qalan yaralılar xilas edilərək şəhər Ərzurum Şəhər Xəstəxanasına aparılıb.

Onlardan birinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə