Məzmuna keç

Türkiyədə ağır qəza: 4 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin Sinop şəhərində minik avtomobili ilə yük maşını toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Sinop-Boyabat avtomobil yolunun Üzümlü bölgəsində baş verən hadisə yerinə təcili tibbi yardım, polis, jandarma və xilasetmə qrupları cəlb edilib.

Avtomobildə olan 2 nəfərin hadisə yerində öldüyü müəyyən edilib. Yaralılar Yıl Boyabat Dövlət Xəstəxanasına aparılıb. Bütün tibbi müdaxilələrə baxmayaraq 2 nəfər xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə