Məzmuna keç

Türkiyədə dənizdə köməksiz vəziyyətdə qalan 20 qanunsuz miqrant xilas edilib

Türkiyənin Çanaqqala şəhərində qanunsuz miqrantlar xilas edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Çanaqqalanın Ayvacık rayonundan qanunsuz yollarla Yunanıstanın Midilli adasına getməyə cəhd edən bir qrup qanunsuz miqrant Yunanıstan tərəfindən geri qaytarılıb.

Türkiyə ərazisinə geri qaytarılan miqrantların olduğu qayığın mühərriki xarab olub və onlar dənizdə köməksiz vəziyyətdə qalıb.

Sahil Mühafizəsi Komandanlığının əməkdaşları rezin qayıqlarda olan 20 qanunsuz miqrantı xilas edərək sahilə çıxarıb və müvafiq prosedurlardan sonra miqrasiya idarəsinə təhvil veriiblər.

Şəbnəm Mehdizadə